Hazırda 150+ kreator ilə aktiv işləyirik

Sıradan reklamları unudun.
Biz viral edirik.

Brendiniz üçün ən doğru insanları tapır, ssenarini yazır və çəkirik. Siz sadəcə artan satışları və baxış saylarını izləyirsiniz. Bütün başağrısı bizim boynumuza.

4.2M+Aylıq Orqanik Baxış
150+Təsdiqlənmiş Kreator
GündəlikReal vaxt analitikası

Biz nə edirik?

Agentlik deyib keçməyin, biz brendinizin rəqəmsaldakı ən yaxın dostuyuq.

Reels və TikTok Çəkilişləri

Sadəcə telefonla video çəkmirik. İnsanların sonuna qədər izləyəcəyi viral ssenarilər qurur, peşəkar kameralarla çəkirik.

Düzgün İnsan (Match)

Bahalı influenser həmişə yaxşı satış demək deyil. Sənin məhsulunu həqiqətən kimin izləyicisi alacaqsa, onu tapırıq.

Performans Analizi

Reklam getdi, bəs nəticə? Biz sizə quru like sayı yox, real interaksiya, toxunma və dönüşüm hesabatı veririk.

Rahat İdarəetmə

Kimə nə vaxt pul çatacaq, kim nə vaxt paylaşım edəcək? Qayğılanmayın, bütün müqavilə və vaxt idarəetməsini biz həll edirik.

İşlər necə gedir?

Sizə əziyyət vermədən, tam şəffaf addımlarla işləyirik.

01

Tanışlıq və Brief

Oturub kofe içirik və ya zəngləşirik. Məhsulu tanıyır, büdcəni və hədəfləri dəqiqləşdiririk.

02

Strategiya və Təklif

Xüsusi plan hazırlayırıq. Hansı influenserlər cəlb olunacaq, ssenari nə olacaq - hamısını təsdiqə göndəririk.

03

Çəkiliş və Nəticə

Videolar çəkilir, montajlanır və düzgün vaxtda paylaşılır. Sonda detallı hesabat təqdim olunur.

Ağlınızdakı suallar

Bilirik ki, bəzi şeylər maraqlıdır. Gizlinimiz yoxdur.

Standart qiymət listi yoxdur, çünki hər brendin ehtiyacı fərqlidir. Ehtiyacınızı deyin, ən optimal variantı təklif edək.

Qeydiyyatdan keçib profilinizi doldurun. Komandamız müraciətinizi yoxlayıb sizinlə əlaqə saxlayacaq.

Başlamadan əvvəl real gözləntiləri sizinlə bölüşürük. Bütün proses mərhələli təsdiqinizlə getdiyi üçün sürprizlərlə qarşılaşmırsınız.

Canlı olaraq məlumat al

İstər brend, istər kreator olun — müraciətinizi göndərin və ya WhatsApp vasitəsilə birbaşa yazın.

Müraciət növləri

İşletmə reklam kampaniyası sifariş edə bilər, kreator isə öz profilini yaradıb agentlik bazasına qoşula bilər.